FİFA-nın Hakimlər Komitəsi 104 matçdan ibarət nəhəng marafonu idarə etmək üçün 6 konfederasiyanı və 50 ölkəni təmsil edən 52 baş hakim, 88 köməkçi hakim və 30 video oyun rəsmisi (VMO) təyin edib.

Offsideplus.az xəbər verir ki, ​3 illik sərt sınaq mərhələsi olub. 

​FİFA-nın Hakimlər Şöbəsinin rəhbəri Pyerluici Kollina bildirib ki, seçilən hakimlər son üç il ərzində xüsusi monitorinq altında olublar:

​"Seçilən rəsmi şəxslər dünyanın ən yaxşılarıdır. Onlar seminarlar, FİFA turnirləri və həm daxili, həm də beynəlxalq səviyyədə keçirilən qiymətləndirmələrdə sınaqdan keçiblər. Biz heç bir detalı diqqətdən kənarda qoymamışıq."

Tam baş hakim siyahısı:

  • UEFA (Avropa — 15 hakim)

​Maykl Oliver (İngiltərə), Entoni Teylor (İngiltərə)

​Fransua Leteksye (Fransa), Kleman Türpen (Fransa)

​Feliks Svayer (Almaniya), Mauritsio Mariani (İtaliya)

​Danni Makkelie (Niderland), Espen Eskos (Norveç)

​Şimon Marçinyak (Polşa), Joao Pinheyro (Portuqaliya)

​İştvan Kovatş (Rumıniya), Slavko Vinçiç (Sloveniya)

​Alehandro Ernandes (İspaniya), Qlenn Nüberq (İsveç), Sandro Şerer (İsveçrə)

  • CONMEBOL (Cənubi Amerika — 12 hakim)

​Argentina: Yael Falkon Peres, Dario Errera, Fakundo Tello

​Braziliya: Ramon Abatti, Rafael Klaus, Vilton Sampayo

​Digərləri: Kristian Qaray (Çili), Andres Roxas (Kolumbiya), Xuan Qabriel Benites (Paraqvay), Kevin Orteqa (Peru), Qustavo Texera (Uruqvay), Xesus Valenzuela (Venesuela)

  • CONCACAF (Şimali və Mərkəzi Amerika — 9 hakim)

​Ev sahibi qitədən həm kişi, həm də qadın hakimlər ön plandadır:

​Sezar Ramos (Meksika), Katia Qarsiya (Meksika)

​İsmayıl Elfath (ABŞ), Tori Penso (ABŞ)

​Drü Fişer (Kanada), Xuan Kalderon (Kosta-Rika), Said Martines (Honduras), Oşan Neyşn (Yamayka), İvan Barton (El Salvador)

  • AFC (Asiya — 8 hakim)

​Ma Ninq (Çin), Əlirza Faqani (Avstraliya/İran), Yusuke Araki (Yaponiya), Adham Maxadmeh (İordaniya), Əbdülrəhman Əl-Cassim (Qətər), Xalid Əl-Turais (Səudiyyə Ərəbistanı), Ömər Əl-Əli (BƏƏ), İlgiz Tantaşev (Özbəkistan)

  • CAF (Afrika — 7 hakim)

​Mustafa Qorbal (Əlcəzair), Amin Məhəmməd (Misir), Pyer Atço (Qabon), Cəlal Ceyed (Mərakeş), Dahan Beida (Mavritaniya), Abonqile Tom (Cənubi Afrika), Ömər Əbdülqadir Artan (Somali)

  • OFC (Okeaniya — 1 hakim)

​Kempbell-Kirk Kavana-Vof (Yeni Zelandiya)