İtaliya Futbol Federasiyasının yeni prezidenti Covanni Malaqo ola bilər. 

Offsideplus.az xəbər verir ki, A Seriyası Liqası mütəxəssisin namizədliyini dəstəkləyəcək. Malaqo böyük klubların dəstəyini görür və 20 klubdan 16-na güvənə bilir. 

Onun rəqibi Klauio Lotitodur ("Latsio"). Bu barədə "Sky Sports" məlumat yayıb. 

Qeyd edək ki, seçkilər iyunun 22-də keçiriləcək.