İntizam Komitəsi Azərbaycan Kubokunun yarımfinalı üzrə keçirilən "Turan Tovuz" - "Zirə" oyununda yaşananlara görə cərimələr tətbiq edib. 

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Turan Tovuz”un azarkeşləri hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə görə klub 5000 manat, idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə isə 15000 manat cərimə ödəməli olacaq.

 Həmin oyunda “Zirə”nin heyətində 4 nəfər sarı vərəqə aldığı üçün isə kluba 700 manat cəza kəsilib. 

Qeyd edək ki, sözügedən görüş "qartallar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.