Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu bəlli olub. 

Offsideplus.az xəbər verir ki, bu mükafata "Bavariya"nın qapıçısı Manuel Noyer layiq görülüb. O, David Raya, Xviça Kvaratsxeliya və Xulian Alvarezi qabaqlayıb. 

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 

Qeyd edək ki, Noyerin 9 seyv etdiyi oyunda "Bavariya" "Real"ı 2:1 hesabı ilə məğlub edib.