Misli Premyer Liqasında XXVI turunun oyunları üzrə İntizam Komitəsi qərarlarını açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, “Zirə” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Zirə”  2000 manat cərimə olunub. Oyunun  53-cü dəqiqəsində “Şamaxı”nın futbolçusu Dioqo Balau ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, “Şamaxı” isə 1000 manat cərimə ödəməli olacaq.

 “Sabah”a qarşı oyunda “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib. Oyun bitdikdən sonra “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün isə 1 oyun oyuna buraxılmayacaq, klub isə 2500 manat cərimə ödəyəcək.