"Fənərbağça" klubunda Marko Asensio tibbi müayinədən keçib.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı futbolçu ən azı daha bir həftə yaşıl meydanlardan uzaq qalacaq. İspan forvard "Rizespor"a qarşı oyunda "sarı-lacivərtlər"ə yardım göstərə bilməyəcək.

Bu barədə "Sabah" nəşri məlumat yayıb. 

Qeyd edək ki, "Fənərbağça" aprelin 11-də "Kayserispor", 17-də isə "Rizespor" ilə üz-üzə gələcək.