"Qalatasaray"ın qadınlardan ibarət voleybol komandası CEV Kubokunda çempion olub.
Offsideplus.az xəbər verir ki, onlar İtaliyanın "Kyeri'76" klubunu hər iki oyunda məğlub edərək bu uğura imza atıb.
Beləliklə, "Qalatasaray" həm futbolda, həm basketbolda, həm də voleybolda avrokubok qazanan ilk klub kimi tarixə düşüb.


