Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının yarımfinalında "DH Volley" "Milli Aviasiya Akademiyası" ilə üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub. Fərid Cəlalovun komandası komandası rəqibini 3:0 hesabı ilə məğlubiyyətə uğradıb (22:25, 19:25, 19:25).
Qeyd edək ki, mövcud reqlamentə əsasən, yarımfinal mərhələsi iki görüşdən ibarətdir. İki oyunun nəticəsində qələbə sayı bərabər olarsa, finala vəsiqə qazanan tərəf "qızıl set"də müəyyənləşəcək. Medalçılar isə cəmi bir oyundan ibarət olacaq final və üçüncülük matçlarında bəlli olacaq.


