Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə bu gün start verilir.
Offsideplus.az xəbər verir ki, mərhələnin hər iki qarşılaşması bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.
İlk olaraq saat 16:00-da "Gəncə" və "Turan" komandaları üz-üzə gələcək. Günün ikinci matçında isə saat 18:00-da "Milli Aviasiya Akademiyası" ilə "DH Volley" kollektivləri qarşılaşacaqlar.
Qeyd edək ki, mövcud reqlamentə əsasən, yarımfinal mərhələsi iki görüşdən ibarətdir. İki oyunun nəticəsində qələbə sayı bərabər olarsa, finala vəsiqə qazanan tərəf "qızıl set"də müəyyənləşəcək. Medalçılar isə cəmi bir oyundan ibarət olacaq final və üçüncülük matçlarında bəlli olacaq.


