Daniil Medvedev Monte-Karlo "Masters" turnirinin ikinci mərhələsində Matteo Berrettiniyə 0:6, 0:6 hesabı ilə uduzaraq karyerasının ən ağır məğlubiyyətlərindən birini alıb.
Offsideplus.az xəbər verir ki, cəmi 49 dəqiqə davam edən qarşılaşmada rusiyalı tennisçi 30 ciddi səhvə yol verib. Oyun zamanı əsəblərini cilovlaya bilməyən Medvedev raketkasını dörd dəfə yerə çırparaq sındırıb. Keçmiş dünya 1 nömrəsi karyerası ərzində ilk dəfədir ki, matçı xal qazanmadan (double-bagel) başa vurub.
Hazırda dünya reytinqində 90-cı pillədə qərarlaşan Berrettini bu nəticəni "həyatının ən yaxşı oyunlarından biri" adlandırıb. O, növbəti mərhələdə Joao Fonseka və ya Artur Rinderkneçlə qarşılaşacaq.


