North Carolina universiteti çərşənbə günü Maykl Melounu yeni baş məşqçisi təyin etdiyini rəsmən açıqlayıb.
Offsideplus.az xəbər verir ki, tərəflər 6 illik, 50 milyon dollar dəyərində müqaviləyə imza atıblar.
57 yaşlı mütəxəssis 2022/2023 mövsümündə Denver Nuggets'i tarixindəki ilk NBA çempionluğuna daşımış və 471 qələbə ilə klubun ən çox qalib gələn baş məşqçisi kimi tarixə düşmüşdü.
Şimali Karolina təmsilçisində illik orta hesabla 8,33 milyon dollar qazanacaq Meloun, bununla da kollec basketbolu tarixinin ən çox maaş alan ikinci baş məşqçi olacaq.


