Gənclər arasında Çempionlar Liqasında mübarizə aparan "Sabah" basketbol klubunun U-18 komandası bu gün ilk oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, B qrupunda yer alan Azərbaycan təmsilçisi ilk matçında Bosniya və Herseqovinanın İqokea kollektivi ilə qarşılaşıb.

Görüş "bayquşlar"ın məğlubiyyəti ilə başa çatıb - 58:88.

Təmsilçimiz qrupdakı ikinci oyununu isə sabah Almaniyanın "Porşe BBA Lyudviqsburq" komandasına qarşı keçirəcək.

Reqlamentə əsasən, yalnız qrup liderləri yarımfinal mərhələsinə adlaya biləcəklər. Qrupu ikinci pillədə tamamlayanlar 5-8-ci, sonuncu olanlar isə 9-12-ci yerlər üçün mübarizəni davam etdirəcəklər.