Azərbaycan Basketbol Liqasında (ABL) bütün play-off seriyaları məlum olub.
Offsideplus.az xəbər verir ki, 6-7 aprel Azərbaycan Basketbol Liqasında (ABL) play-in seriyalarının ikinci oyunlar keçirilib. 1/8 final mərhələsinin cavab oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
"Şəki" - "Quba" (120:77) (seriyada hesab 2-0)
"Sərhədçi" - "Naxçıvan" (80:93) (seriyada hesab 0-2)
"Lənkəran" - "Gəncə" (91:55) (seriyada hesab 2-0)
"Sumqayıt" - NTD (88:95) (seriyada hesab 0-2)
Bu nəticələrdən sonra, Azərbaycan Basketbol Liqasında (ABL) play-off 'a (1/4 final) vəsiqə qazanan bütün klublar müəyyənləşib. Pley-offda seriyalar aşağıdakı kimidir.
"Sabah" - "Naxçıvan"
"Ordu" - "Gəncə"
"Abşeron Lions" - "Şəki"
"Neftçi" - NTD
Qeyd edək ki, reqlamentə əsasən seriyalarda ən tez iki qələbə qazanmış klublar yarımfinal vəsiqə qazanacaqlar.


