"Liverpul" klubunun əfsanəvi sol cinah müdafiəçisi Endryu Robertson 10 illik parlaq karyeradan sonra "Enfild"i tərk etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, 2017-ci ildə "Hall Siti"dən transfer olunan və qısa müddətdə dünyanın ən yaxşı sol müdafiəçilərindən birinə çevrilən Robertson, klubun tarixinə adını qızıl hərflərlə yazdırıb.
Robertson Mersisayd klubu ilə birlikdə mümkün olan bütün böyük titulları qazanmağı bacarıb. Onun "Liverpul"dakı muzeyi bu kuboklarla bəzənib:
- 2 Premyer Liqa çempionluğu
- 1 Çempionlar Liqası titulu
- 1 FA Kuboku (İngiltərə Federasiya Kuboku)
- 2 EFL Kuboku (İngiltərə Liqa Kuboku)
Endryu Robertson təkcə "Liverpul"un deyil, həm də Premyer Liqa tarixinin ən yaxşı sol müdafiəçilərindən biri kimi yaddaşlarda qalacaq.
Robertson Premyer Liqa tarixində müdafiəçilər arasında ən çox məhsuldar ötürmə edən oyunçulardan biridir.
Onun gedişi "Liverpul" azarkeşləri üçün böyük bir itki hesab olunsa da, 32 yaşlı oyunçunun bu qərarı karyerasında yeni bir səhifə açmaq istəyi ilə əlaqələndirilir.
Klub rəhbərliyi və azarkeşlər ona "Enfild"də xüsusi vida mərasimi təşkil etməyə hazırlaşırlar.


