Təcrübəli mütəxəssis Miodraq Bojoviç Artyom Dzyubanı yüksək səviyyədə çıxış etməyə davam edə biləcək futbolçu kimi dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, Bojoviç 37 yaşlı hücumçunun karyerasını yalnız özü istədiyi halda başa vurmalı olduğunu bildirib.

O qeyd edib ki, Kriştiano Ronaldu və Lionel Messi kimi yaşlı futbolçular son dünya çempionatında da iştirak ediblər. "Özünə ciddi yanaşan oyunçular karyerasını xeyli uzada bilər. İdman ömrü artıb. Fikrimcə, Dzyuba 38 yaşında da yüksək səviyyədə oynaya bilər", – deyə Bojoviç vurğulayıb.

Qeyd edək ki, M. Bojoviç 2023/24 mövsümünün ikinci yarısında "Neftçi"ni də çalışdırıb.