Qızlar arasında basketbol üzrə U-18 Avropa çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, B divizionunda mübarizə aparan Azərbaycan U-18 bu gün qrup mərhələsində 3-cü oyununu keçirib.

U-18 millimiz ilk periyodu 10 xal üstünlüklə öndə bitirsə də, sonda məğlubiyyətlə üzləşməli olub - 72:79.

Qeyd edək ki, A qrupunda çıxış edən gənc qızlarımız əvvəlki iki oyunda da məğlub olmuşdu. Növbəti oyun avqustun 5-də İslandiyaya qarşı olacaq.