Fransalı mütəxəssis Paskal Dyupra 2026/27 mövsümündə Çempionlar Liqasının əsas favoritinin PSJ olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, Dyupra Paris klubunun hər mövsüm heyətini yeniləməsinin vacibliyini vurğulayıb:

"Heyətdə sağlam rəqabəti qorumaq və doymuşluğun qarşısını almaq üçün dəyişikliklər lazımdır. Gələcəyə hazırlaşmaq qabaqlayıcı addımlar atmaq deməkdir. Avropada özünü göstərmiş gənc futbolçuları transfer etməklə klub eyni zamanda rəqiblərini də zəiflədir. Bu da bir strategiyadır. Rəqiblərə baxanda düşünürəm ki, gələn mövsüm də Çempionlar Liqasının favoritləri sırasında PSJ olacaq".

Dyupra digər klubların perspektivlərinə də toxunub:

"Harri Keyn "Bayern Münhen"də ötən mövsümdəki qədər məhsuldar olacaqmı? O, səviyyəni çox yüksəldib. "Real Madrid" komandanın balans problemlərini həll edə biləcəkmi? "Barselona" yenidən liderliyə qayıdacaqmı? "Arsenal"ın uzun müddət zirvədə qalacağına inanmıram. Daha çox "Mançester Siti"nin üstünlük göstərəcəyini gözləyirəm. Yalnız PSJ ilə bağlı əminliyim var, buna görə də nikbinəm".