"Srvena Zvezda"nın prezidenti Jelko Drçeliç yayda Nikola Vuçeviçin kluba keçidi ilə bağlı danışıqlar aparıldığını təsdiqləyib. 

Offsideplus.az xəbər verir ki, o, bildirib ki, tərəflər arasında centlmen razılaşması olub, lakin nəticədə oyunçu NBA-də qalaraq "Orlando Mecik"ə qayıdıb.

Drçeliç açıqlamasında Vuçeviçin həm əla insan, həm də böyük "Srvena Zvezda" azarkeşi olduğunu vurğulayıb:

"Bu, onun avtomatik olaraq komandamızın oyunçusu olacağı anlamına gəlmir. O, ailəsinə bağlı insandır və artıq 20 ildən çoxdur ABŞ-da yaşayır. Belə qərarlar asan olmur və bu qərarda maliyyə heç bir rol oynamadı".

Drçeliç əlavə edib ki, əgər Vuçeviç NBA-dən təklif almasa idi, "Srvena Zvezda"nın formasını geyinəcəkdi:

"O, karyerasına və sağlamlığına ciddi yanaşan elit idmançıdır, bu səbəbdən qapımız onun üçün açıqdır".

Klub prezidenti həmçinin bildirib ki, yeni baş məşqçi İbon Navarro ilə razılaşdırılmış şəkildə heyətdə dəyişikliklər davam edə bilər: "Heyətimiz yaxşıdır, lakin güclənmək üçün yeni imkanlar yaranarsa, bundan istifadə edəcəyik".