Moskva "Lokomotiv"i Aleksey Batrakov və Artyom Karpukasın mümkün transferi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, klubun mətbuat xidməti Artyom Karpukas üçün rəsmi təklifin daxil olmadığını, Aleksey Batrakovun isə "Qalatasaray"la heç bir danışıqlar aparmadığını açıqlayıb.

Bildirilib ki, hər iki futbolçu ilə bağlı yayılan transfer xəbərləri həqiqəti əks etdirmir və klub heç bir təklif almayıb.