Kevin Durant "Filadelfiya Siksers"in yenilənmiş heyətinin çempionluq iddiası barədə fikirlərini bölüşüb. 

Offsideplus.az xəbər verir ki, ulduz forvard bildirib ki, belə güclü hücum potensialına malik komanda sonuncu dəfə onun çıxış etdiyi "Qolden Steyt Uorriors"da olub.

O, bu barədə bunları deyib:

"Sizcə, onlar titul uğrunda mübarizə aparmayacaq? Sonuncu dəfə üç oyunçu 20-dən çox xal toplayanda hamı bunun ədalətsiz olduğunu deyirdi və həmin komanda mənim komandam – 'Qolden Steyt Uorriors' idi. İndi isə 'Filadelfiya'da dörd oyunçu hər biri 25 xal toplayır. Ona görə də, əlbəttə, düşünürəm ki, onlar iddialı olacaqlar".

Qeyd edək ki, Durant, Stefen Karri və Kley Tompson birlikdə üç mövsüm ərzində "Qolden Steyt Uorriors"u iki dəfə çempionluğa daşıyıb.