"İnter Mayami"nin baş məşqçisi Gilyermo Oyos Lionel Messi və Rodriqo De Paula MLS-in növbəti turunda "Kolumbus"a qarşı göstərdikləri fədakarlığa görə minnətdarlıq edib.
Offsideplus.az xəbər verir ki, Messi 53-cü dəqiqədə ehtiyatdan meydana daxil olub, De Pol isə start heyətdə yer alaraq 90 dəqiqə mübarizə aparıb. Hər iki ulduz futbolçu Argentina milli komandası ilə iyulun 19-da İspaniyaya qarşı keçirdikləri DÇ-2026-nın finalından sonra ilk dəfə yaşıl meydançaya ayaq basıb.
Baş məşqçi Oyos matçdan sonra xüsusi olaraq cənubamerikalı duetə təşəkkürünü bildirib:
"Komandama nümayiş etdirdiyi əzmkar mübarizəyə görə minnətdaram. Xüsusilə Leo və Rodriyə ayrıca təşəkkür etmək istəyirəm — bu cür ağır qrafikdə kollektivin yanında olmaları bizim üçün olduqca önəmlidir. Eyni zamanda, liqadakı gərgin rəqabət fonunda fasiləsiz tər tökən bütün futbolçularımın əməyini yüksək qiymətləndirirəm".
Qeyd edək ki, keçirdiyi 18 oyundan sonra aktivindəki xallarla Şərq Konfransının 2-ci pilləsində qərarlaşan "İnter Mayami" lider "Neşvill"dən cəmi 2 xal geri qalır.


