Almaniyada keçirilən 32-ci Ümumdünya Yay Universiadasında iştirak edən bədii gimnastika üzrə böyüklərdən ibarət qrup hərəkətləri komandası Universiadanı 3 medalla başa vuraraq vətənə dönüb.

Offsideplus.az xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan və Kamilla Əliyevadan ibarət qrup müxtəlif proqramlar üzrə 2 qızıl, 1 gümüş medal qazanıb. 

Gimnastları hava limanında federasiyanın nümayəndələri, gənc gimnastlar və ailə üzvləri qarşılayıblar.

Xatırladaq ki, bu, Universiadalar tarixində komanda yarışlarında bədii gimnastlarımızın ilk uğurudur.