Dünya boksunun ən böyük nokautçularından biri, Puerto-Rikonun 3 müxtəlif çəki dərəcəsində keçmiş dünya çempionu Vilfredo "Bazooka" Qomes 69 yaşında dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, səhhətində yaranan tənəffüs ağırlaşmaları səbəbindən iki həftə xəstəxanada müalicə olunan əfsanəvi idmançının vəfat xəbərini ailəsi və boks rəsmiləri təsdiqləyib.
Rinq əfsanəsinin unudulmaz karyerası:
- Nokaut rekordu: Super yarım-yüngül çəki (122 funt) dərəcəsində titulu 17 dəfə ardıcıl olaraq uğurla qoruyan Qomes, bu döyüşlərin hamısını nokautla başa vuraraq boks tarixinə unikal rekord vurub.
- Karyera statistikası: Peşəkar rinqdə keçirdiyi 48 döyüşdən 44-də qalib gələn ("Bazooka") ləqəbli boksçu, bu qələbələrin 42-sini vaxtından əvvəl nokautla qazanıb.
- Böyük qələbələri: Karyerasının en parlaq səhifələri sırasında Karlos Sarate (52-0 rekordu olan rəqibini 5-ci raundda nokaut etmişdi), Lupe Pintor, Xuan Laporte və Rokki Lokric kimi nəhənglər üzərindəki qələbələri yer alır.
- 3 dərəcədə çempionluq: WBC super yarım-yüngül, WBC yarım-yüngül və WBA super yarım-yüngül çəki dərəcələrində dünya kəmərlərinə sahib çıxıb.
- Tarixi irs: Hələ 15 yaşında 1972 Münhen Olimpiadasında iştirak edən, 17 yaşında isə Kubada keçirilən ilk Həvəskar Boks üzrə Dünya Çempionatında qızıl medal qazanan Qomes, 1995-ci ildə Beynəlxalq Boks Şöhrət Xiyabanına (IBHOF) daxil e dilib.


