UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 6-cı turunun ikinci oyunu baş tutdu.
Offsideplus.az xəbər verir ki, "Bayern Münhen" evdə "Sportinq" klubunu qəbul etdi.
Oyun ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatdı. Bu nəticədən sonra münhenlilər UEFA Çempionar Liqasında növbəti mərhələyə (ən azından 1/16 final) vəsiqəni təmin etdilər.



