Premyer Liqada ardıcıl 6 məğlubiyyət alan "Çelsi"nin gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanmaq şansı demək olar ki, yox dərəcəsindədir.

Offsideplus.az xəbər verir ki, lakin riyazi olaraq hələ də bir "möcüzə yolu" mövcuddur.

​London klubunun Avropanın ən nüfuzlu turnirinə qatılması üçün aşağıdakı üç şərtin eyni anda reallaşması mütləqdir:

  • ​"Aston Villa"nın Avropa Liqası çempionluğu: Birminhem təmsilçisi mütləq Avropa Liqasının qalibi olmalıdır.
  • ​"Aston Villa"nın liqa mövqeyi: "Aston Villa" Premyer Liqanı 5-ci pillədə başa vurmalıdır.
  • ​"Çelsi"nin öz performansı: "Çelsi" qalan oyunlarından ən azı 2-də qələbə qazanmalı və çempionatı 6-cı yerdə bitirməlidir.

​Hazırda turnir cədvəlində geriləyən və ardıcıl 6 oyundur xal üzünə həsrət qalan "Çelsi" üçün bu ssenari olduqca çətin görünür. Azarkeşlər komandanın daxili böhran keçirdiyi bir vaxtda bu qədər nəticənin üst-üstə düşməsini "fantastika" adlandırırlar.