Harri Keyn "Bayern Münhen"in "PSJ"yə 5:4 hesabı ilə uduzduğu gərgin oyundakı mübarizə ruhunun gələn həftə Almaniyada keçiriləcək cavab qarşılaşmasında həlledici olacağına inanır.

Offsideplus.az xəbər verir ki, Fransa klubunun ikinci hissənin əvvəlində ard-arda vurduğu qollarla hesab 5-2 olsa da, "Bayern" Dayo Upamekano və Luis Diasın qolları ilə fərqi minimuma endirərək tur şansını qoruyub.

Oyunun gedişatını şərh edən Keyn bildirib ki, 5-2 hesablı məğlubiyyətdən geri dönmək böyük qürurvericidir və doğma meydanda azarkeş dəstəyi ilə mərhələni keçəcəklərinə ümid edirlər.

Qeyd edək ki, digər yarımfinal matçında bu gün "Atletiko Madrid" "Arsenal"la qarşılaşacaq.