"Bayer" klubu baş məşqçisi Erik ten Haqla yolları ayırmağı planlaşdırır.

Offsideplus.az xəbər verir ki, ayrılıq bu gün baş tuta bilər.

Bu barədə "BILD" nəşri məlumat yayıb.

Ten Haq cəmi 3 aydır "Bayer"i çalışdırırdı. 

Leverkuzen təmsilçisi Bundesliqanın ilk 2 turunda qələbə ilə tanış ola bilməyib. Onlar son olaraq "Verder"lə matçda 3:1 hesabı ilə öndə olmağına baxmayaraq sonda heç-heçəyə razılaşmalı olub.