Almaniyanın "Auqsburq" klubu baş məşqçisi Sandro Vagnerlə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Auqsburq" hazırda 10 xalla Bundesliqada 14-cü yerdədir. Onlar son 5 oyunun 4-də məğlub olub.

S. Vaqner bu ilin yayından klubu çalışdırırdı. Onun komandası 14 oyunda 4 qələbə qazanıb, 9 dəfə isə məğlub olub.