PSJ-nin ulduzu zədələnib.

Offsideplus.az xəbər verir ki, Xviça Kvaratsxeliya topuq nahiyəsindən zədə alıb.

Aparılan müayinələrdən sonra futbolçuda topuq burxulması (ankle sprain) aşkarlanıb.

Məlumata görə, gürcüstanlı cinah hücumçusunun təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.