“Fənərbağça” ilə “Atalanta” arasında Ademola Lukmanın transferi ilə bağlı klublararası birbaşa danışıqların İtaliyada keçirilməsi planlaşdırılır.

Offsideplus.az xəbər verir ki, paralel olaraq futbolçunun tərəfi ilə də təmaslar davam edəcək və şəxsi şərtlər üzərində razılıq əldə edilməyə çalışılacaq.

“Fənərbağça” rəhbərliyi bu transferi reallaşdırmaq üçün ciddi səylər göstərir.