"Qalib gələ bilərdik".
Offsideplus.az xəbər verir ki, bunu NTD-nin baş məşqçisi Tahir Baxşıyev "Gəncə"yə məğlub olduqları oyundan sonra deyib.
O, görüş barədə bunları da söyləyib:
"Yaxşı oyun alındı. Gərgin mübarizənin şahidi olduq. Amma yenə də ribaundlarla bağlı problem öz sözünü dedi — bu göstəricidə rəqibə uduzduq. Ümumilikdə isə oyun bərabər səviyyədə keçdi. “Gəncə” çox yaxşı komandadır. Onları qələbə münasibətilə təbrik edirəm. Biz isə “Neftçi” ilə oyuna hazırlaşacağıq".
Qeyd edək ki, A qrupunda mübarizə aparan NTD 2 qələbə, 12 məğlubiyyətlə 5-ci yerdədir.


