"Fənərbağça" və "Beşiktaş"ın sabiq futbolçusu Gökhan Gönül saxlanılıb.
Offsideplus.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb.
O, birjada manipulyasiya əməliyyatı nəticəsində tutulub.
G. Gönül 2008-16 və 2020-21-ci illər arasında "Fənərbağça"da, 2016-20-ci illər arasında isə "Beşiktaş"da çıxış edib.
2023-cü ildə peşəkar futbol karyerasını bitirən Gökhan bir müddət Türkiyə U-21 yığmasını da çalışdırıb.



