Almaniya Bundesliqasının VIII turunda "Bayer"lə qarşılaşan "Bavariya" 5:1 hesablı qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, ilk 8 turda ümumi qollarının sayını 29-a çatdıran Yulian Naqelsmannın yetirmələri Bundesliqa rekordunu təkrarlayıb.

Komanda 1976/77 mövsümündə də eyni göstəriciyə imza atmağı bacarıb.