Almaniya Bundesliqasında "Bavariya" "Köln"lə 1:1 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi bu qarşılaşmada rəqib qapısı istiqamətində cəmi 1 zərbə endirib.
"Opta"nın məlumatına görə, bu, 2004/05 mövsümündən bəri "Bavariya"nın Almaniya çempionatında qeydə alınan ən zəif göstəricisidir.
Qeyd edək ki, 10 turdan sonra 22 xal toplayan Münhen klubu turnir cədvəlinə başçılıq edir. İkinci pillədə qərarlaşan "Borussiya Dortmund" liderdən 1 xal geri qalır, lakin onların ehtiyatda bir oyunu var.


