"Fənərbağça" klubu kişilərdən ibarət basketbol komandasına növbəti transferini edib.

Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" Brendon Bostonu cəlb edib. 23 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

B. Boston 2021-ci il NBA draftında 51-ci sıradan draft edilib. O, NBA karyerası boyunca Los Angeles Clippers və New Orlean Pelicans formaları geyinib.

"Fənərbağça" onun Avropada ilk komandası olacaq.