"Beşiktaş" basketbol komandası heyətini gücləndirib.
Offsideplus.az xəbər verir ki, "qara qartal" Ante Jijiçi transfer edib. Xorvatiyalı uzunla 1 illik müqavilə imzalanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Jijiçin son iki mövsümü "Virtus Bolonya"da keçirib. O, Türkiyədə daha öncə "Darüşşafaka" və "Anadolu Efes" klublarının da formalarını geyinib.
Qeyd edək ki, "Beşiktaş" başa çatan mövsüm Türkiyə çempionatının finalında məğlub olub.



