Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol üzrə milli komandası Avropa çempionatının B divizionunda qrup mərhələsində son oyununu keçirib. 

Offsideplus.az xəbər verir ki, yığmamız C qrupunun 5-ci turunda Kosovo kollektivi ilə qüvvəsini sınayıb.

Basketbolçularımız 62:54 (15:11; 17:14; 10:15; 20:14) hesabı ilə qalib gəliblər. 

Bu, milli komandamızın qrupda 3-cü qələbəsi olub. Bundan öncə İslandiya (86:79) və Bosniya və Herseqovinaya (83:81) qalib gəlmişdik.

Digər iki görüşdə isə yığmamız məğlubiyyətlə üzləşib: Ukrayna 65:78, Litvaya isə 31:82 hesabı ilə. 

Həmvətənlərimiz qrupda ilk iki yeri tutacaqları halda, pley-offa vəsiqə əldə edəcəklər. Qrup oyunları bu axşam başa çatacaq.