Azərbaycan Basketbol Liqasında (ABL) son yarımfinalçılar bu gün məlum olub.

Offsideplus.az xəbər verir ki, ilk olaraq "Neftçi" və NTD parketə çıxıb. Bu qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayıb. Oyunda əlavə vaxt oynanılıb və qalib "Neftçi" komandası olub.

Saat 17:00-da isə "Ordu" və "Gəncə" komandaları münasibətlərinə aydınlıq gətiriblər. Mərhələni "Gəncə" komandası keçib.

ABL, pley-off

14:00 "Neftçi" - NTD 102:97 (25:21, 23:18, 25:24, 15:25, 14:9)

Seriyada hesab - 2:1

Bakı İdman Sarayı

17:00 "Ordu" - "Gəncə" 78:88 (25:20, 19:24, 12:26, 22:19 )

Seriyada hesab - 1:2

Bakı İdman Sarayı