Azərbaycan Basketbol Liqasında (ABL) XV tura bu gün iki oyunla yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, ilk matç saat 14:00-da başlayacaq.

"Gəncə" "Şəki"ni qəbul edəcək.

NTD - "Neftçi" matçı isə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, XV turun əvvəlki oyunlarında "Ordu" "Lənkəran"ı (103:63), "Naxçıvan" "Quba"nı (82:70), "Sərhədçi" "Sumqayıt"ı (98:94), "Sabah" "Abşeron Lions"u (117:96) məğlub edib.