Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti avrokubok oyununu idarə edəcək.
Offsideplus.az xəbər verir ki, o, Avropa Liqasının Liqa mərhələsində keçiriləcək "Brann" (Norveç) – "Utrext" (Niderland) matçının baş hakimi təyin olunub.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Macarıstanlı Tomaş Baqnar VAR, Ferents Karako isə AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma oktyabrın 2-də Bergen şəhərindəki "Brann" stadionunda keçiriləcək.



