"Roma"nın yeni baş məşqçisi Can Pyero Qasperini təyin olunub.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Bu barədə klub rəsmi saytından məlumat yayıb.
O, bu postda təqaüdə çıxan Klaudio Ranyerini əvəz edib.
Qasperini 9 ilin ardından "Atalanta"dan ayrılıb. Onun dövründə Berqamo təmsilçisi tarixinin ən uğurlu günlərini keçirib.
"Göy-qaralar" təcrübəli mütəxəssisin rəhbərliyi altında 2024-cü ildə Avropa Liqasını da qazanıb.