İtaliyanın "Yuventus" klubu yay transfer pəncərəsi üçün hədəflərini müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, Turin təmsilçisinin siyahısında ilk sırada "Mançester Siti"nin ulduzu Bernardo Silva yer alır. Portuqaliyalı futbolçunun İngiltərə klubu ilə müqaviləsinin başa çatmasına az qalması "qoca sinyora"nı hərəkətə keçirib.

Danışıqların gedişatı ilə bağlı bəzi detallar bəlli olub:

  • Maaş fərqi: Bernardo Silva hazırda "Mançester Siti"də mövsümlük 10 milyon avro xalis maaş qazanır. "Yuventus"un təklifi isə bu rəqəmdən xeyli aşağıdır – mövsümlük 5-6 milyon avro və əlavə bonuslar.

  • Futbolçunun yanaşması: 31 yaşlı yarımmüdafiəçinin "Yuventus"un layihəsinə və İtaliya variantına maraq göstərdiyi, lakin maliyyə şərtlərinin hələlik onu qane etmədiyi bildirilir.

  • Rəqabət: Silva azad agent statusu daşıyacağı üçün "Barselona", "Benfika" və Səudiyyə Ərəbistanı klubları da onunla yaxından maraqlanır.

"Yuventus"un baş məşqçisi Luçano Spallettinin bu transferi çox istədiyi və rəhbərlikdən cəhdlər edilməsini xahiş etdiyi qeyd olunur. Hazırda tərəflər arasında ortaq məxrəcə gəlmək üçün danışıqlar davam edir.