“Bunun baş verəcəyini gözləmirdik”.

Offsideplus.az “Fanatik”ə istinadən xəbər verir ki, bu sözləri "Fənərbaxça”nın futbolçusu Kerem Aktürkoğlu deyib.

O, “Başakşehir”lə  1:1 hesablı bərabərliklə bitən matç haqqında fikirlərini bölüşüb:

Aktürkoğlu azarkeşlərdən üzr istəyib: "Deyəcək bir şey yoxdur. Azarkeşlərdən üzr istəyirik. Bunun baş verəcəyini gözləmirdik, istəməzdik. Hesabda 1-0 geri düşəndən sonra da matçı qazana bilərdik. Bu kimi vəziyyətlərdə bir az daha diqqətli oynamaq lazımdır".

 

Qeyd edək ki, "Fənərbaxça" turnir cədvəlində 33 xalla 2-ci, "Başakşəhər" 17 xalla 9-cu pillədə qərarlaşıb.