Türkiyə Superliqasının 12-ci turunda "Fənərbağça" öz meydanında "Kayserispor"u qəbul edib.
Offsideplus.az xəbər verir ki, "Chobani Stadyumu"nda keçirilən qarşılaşmanın baş hakimi Ozan Ergün olub.
Görüşün ilk hissəsində meydan sahibləri 37-ci dəqiqədə Asensio, 40-cı dəqiqədə isə Nenenin qolları ilə 2-0 hesabı ilə önə keçib.
İkinci hissədə isə Nene və Kerem Aktürkoğlu Fenerbahçe adına fərqlənib, Kayserispor tərəfdən isə German Onuqha iki qol vurub. Beləliklə, görüş 4:2 hesabı ilə başa çatıb.
Bu qələbə ilə "Fənərbağça" xallarını 28-ə yüksəldərək "Qalatasaray" ilə xallar fərqini 1-ə endirib
Sarı-lacivərtlilər növbəti turda "Rizespor"un qonağı olacaq.



