Super Liqa klubu "Eyüpspor" yeni baş məşqçisini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Selçuk Şahindən boşalan posta Orhan Akı gətirib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

46 yaşlı Orhan Ak ilk dəfə baş məşqçi kimi çalışacaq.

O, daha əvvəl "Başakşəhər", "Beşiktaş" və "Trabzonspor"da köməkçi məşqçi kimi işləyib.

"Eyüpspor" 8 turdan sonra 5 xalla Super Liqada 16-cı yerdədir.