Volkan Demirel "Fənərbağça"ya qayıtmağa hazırdır.

Offsideplus.az xəbər verir ki, o, Aykut Kocamanın "sarı-lacıvərdlilər"in baş məşqçisi olsa, onun yanında olmağa hazır olduğunu bildirib.

V. Demirel ondan başqa heç kimin yanında çalışmayacağını da əlavə edib.

Qeyd edək ki, A. Kocaman sonuncu dəfə "Fənərbağça"nı 2017/18 mövsümündə çalışdırıb. O, 2021-ci ildən bəri baş məşqçilik etmir.