"Qalatasaray" nəhayət yeni qapıçısına qovuşub.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" Uğurcan Çakırı heyətinə cəlb edib. 

İstanbul klubu 29 yaşlı qolkiper üçün "Trabzonspor"a 33 milyon avro ödəyəcək.

Bu, Türkiyə daxilində rekord transferdir.

Uğurcanla 5 mövsümlük müqavilə imzalanıb.