"Fənərbağça"nın futbolçusu Dieqo Karlosu "Lill" transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, Fransa klubu braziliyalı müdafiəçini satınalma şərti ilə birlikdə icarəyə götürməyi planlaşdırır. Hazırda klublar arasında danışıqlar gedir.

Bu barədə "Foot Mercato" portalı məlumat yayıb.

D. Karlos bu ilin yanvarında "Fənərbağça"ya transfer olub. "Sarı-lacıvərdlilər" onun üçün "Aston Villa"ya 12 milyon avro ödəyib.

O, zədələrə görə cəmi 5 oyunda meydanda ola bilib.