"Benfika" klubu "Fənərbağça"ya transferi gündəmdə olan Kerem Aktürkoğlu barədə açıqlama etdi.
Offsideplus.az xəbər verir ki, onlar hazırda "Fənərbağça"dan heç bir rəsmi təklif almadıqlarını, həmçinin, futbolçunu satmaq niyyətində olmadıqlarını bildirdilər.
Qeyd edək ki, "Fənərbağça" rəhbərliyi türkiyəli futbolçu ilə şəxsi razılıq əldə edib.



