Uzun müddətdir zədəli olan Mauro İkardinin fərdi məşqləri davam edir.

Offsideplus.az xəbər verir ki, argentinalı hücumçunun durumu barədə "Qalatasaray"ın həkimi Yener İnce məlumat verib. O, hazırda komandada zədəli futbolçunun olmadığını, yalnız İkardinin komanda ilə məşqlərdə iştirak etmədiyini söyləyib. 

Ön çarpaz bağlarından zədə almış oyunçunun bərpa prosesi davam edir. Mauronun yaşıl meydanlara nə vaxt qayıdacağı barədə məlumat hələ ki yoxdur.

Klubun həkimi İkardinin yaşıl meydanlara nə qədər gec qayıtsa, o qədər təkrar zədələnmənin qarşısının alınacağını bildirib. Baş məşqçi və futbolçu ilə birlikdə ortaq qərar veriləcək. 

Xatırladaq ki, M.İkardi 2024-cü ilin noyabrında "Tottenhem"ə qarşı oyunda sıradan çıxmışdı.